Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu “Kuntsevski” Ailə Tərbiyəsinə Kömək Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bayram təşkil edib.Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndəsi, Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Nataliya Krasovskaya qeyd edib ki, Mərkəzdə tərbiyə olunanların çoxu əlil uşaqlardır. Bu tədbirin məqsədi həmin uşaqları Azərbaycan xalqının qədim tarixi, milli ənənələri və mədəniyyəti ilə tanış etməkdir. N.Krasovskaya Mərkəzdə tərbiyə alan uşaqlara müraciətlə deyib: “Bizim bugünkü bayram Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Bu o deməkdir ki, artıq 100 ildir bizim bir etibarlı dostumuz var. O, Rusiya dövlətinin cənub sərhədlərində yerləşir. Dostlar isə bir-birini yaxşı tanımalıdırlar”.Sonra Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi yanında “Mayak” məktəbinin yetirmələri tamaşaçılar qarşısında çıxış ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…