Rusiya Dövlət Dumasının müzakirəsinə “Nəqliyyat vergisinin ləğvi ilə bağlı Rusiya Federasiyasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi təqdim olunub.Rusiya KİV-ləri xəbər verir ki, layihə ilə bağlı Maliyyə Nazirliyinin açıqlamasında nəqliyyat vergisinin regional vergi olduğu bildirilib. Həmçinin əlavə edilib ki, bu vergi neft məhsullarından tutulan aksiz vergiləri ilə birlikdə yol fondlarının əsas mənbələrindəndir.Hər bir region bu verginin dərəcəsini, eləcə də yığım qaydalarını və müddətlərini müstəqil şəkildə müəyyənləşdirir. Bununla yanaşı, nəqliyyat vergisinin müəyyənləşdirilməsi zamanı federasiya subyektləri vergi güzəştləri tətbiq edə bilirlər.Açıqlamada qeyd edilib ki, nəqliyyat vergisinin ləğvi yol fondlarının yaradılmasına yönəldilən regional büdcələrə daxilolmaların azalmasına gətirib çıxaracaq ki, bu da federal büdcədən müvafiq kompensasiyaların ayrılmasını tələb edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…