Rusiya Futbol İttifaqının açıqlamasına əsasən…

24 Yanvar 2017 11:29

Xəbər 867 dəfə oxunub

Birlik Kubokunun yenidən təşkili ilə bağlı azərbaycanlı həmkarlarımızdan tutarlı təkliflər almışıq.Azərtac xəbər verir ki, bunu “sport-weekend” qəzetinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Birlik Kubokunun gələcək taleyi ilə bağlı açıqlamasında deyib.V.Mutko mövzu ilə bağlı UEFA prezidenti Aleksander Çeferinlə fikir mübadiləsi apardığını da gizlətməyib: “Əgər klubları yenidən Birlik Kubokuna cəlb etmək istəyiriksə, bunun necə təşkil olunması haqda düşünmək lazımdır. Məsələn, yarışı cənubda keçirmək olar. Bunlardan bir variantı Soçidir. Azərbaycandan olan həmkarlarımızdan da tutarlı təkliflər almışıq. Mükafat fondu məsələsini yenidən gündəmə gətirib artırmaq olar. Turnirin gənclərdən ibarət yığmalar arasında keçirməsi isə uğursuz variantdır”.xeber100.com