2017-ci ilin yanvarından Rusiyada “Tax-free” sisteminin sınağına başlanılacaq. Rusiya mətbuatının verdiyi məlumata görə, bununla bağlı Rusiya hökuməti qərar qəbul edib. Qərara əsasən, “Tax-free”nin tətbiqi iki mərhələdə həyata keçiriləcək. Əvvəlcə bu sistemə 5 iri mağaza qoşulacaq. 2017-ci il iyulun 1-dən isə sistem tam həcmdə işə salınacaq. Pilot layihənin ilk olaraq iri ticarət komplekslərinin yerləşdiyi Moskva, Sankt-Peterburq və Kazan şəhərlərində reallaşdırılması müzakirə olunur. Sistemin modelinin ilin sonunadək hazırlanması tapşırılıb. Hazırda “Tax-free”nin “Global Blue” və “Premier Tax Free” aparıcı operatorları ilə danışıqlar aparılır. Rusiyada “Tax-free” sistemindən istifadə etmək istəyənlər minimum 10 min rubl dəyərində qeyri-ərzaq malı almalı olacaqlar. Alış-veriş məbləğinin 18 faizlik əlavə dəyər vergisi əcnəbi vətəndaşlara qaytarılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…