Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. 2016-cı ilin yekunların görə, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1954,4 milyon dollar olub. Azərbaycana Rusiyadan ixrac 1508,1 milyon dollar, idxal 446,3 milyon dollar təşkil edib.Azərtac xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına səfəri ilə əlaqədar şərhində yer alıb.İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2016-cı il dekabrın 16-da Bakıda keçirilmiş 16-cı iclasının qərarlarının reallaşdırılması istiqamətində fəal iş aparılır.Regionlararası əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin mühüm tərkib hissəsidir. Hazırda Azərbaycan Respublikası ilə xarici ticarət fəaliyyətinə Rusiya Federasiyasının əksər regionlarında fəaliyyət göstərən 600-dək müəssisə və təşkilat cəlb edilib. Onlardan 17-si Azərbaycanla əməkdaşlıq haqqında saziş bağlayıb. Rusiya ilə Azərbaycan arasında hər il keçirilən regionlararası forum özünü doğruldur və bu praktikanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…