Dekabrın 14-də Moskvada Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 17-ci iclası keçiriləcək.Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, iclasda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev sədrlik edəcəklər.İclas iştirakçıları iki ölkə arasında, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, energetika, tikinti və turizm kimi mühüm sahələrdə ticari-iqtisadi münasibətlərin cari vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.Hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsi, işgüzar dairələr arasında qarşılıqlı fəaliyyət şəraitinin yaxşılaşdırılması, habelə 2018-ci il sentyabrın 1-də Soçi şəhərində Rusiya və Azərbaycan Prezidentlərinin görüşündə qəbul edilmiş qərarların həyata keçirilməsi yolları iclasda əsas müzakirə mövzuları olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…