Rusiya İxrac Mərkəzi (RİM) üç ölkədə – Hindistanda, İndoneziyada və Azərbaycanda öz nümayəndəliklərini açmağı planlaşdırır. TASS agentliyi xəbər verir ki, bunu RİM qrupunun icraçı direktoru Aleksey Tyupanov bildirib.A.Tyupanov deyib: “2016-cı ildə biz altı nümayəndəlik açmışıq. 2017-ci ildə Hindistanda, İndoneziyada və Azərbaycanda, yəni Rusiya ixracının inkişafı üçün böyük potensial mövcud olduğunu yəqin etdiyimiz ölkələrdə nümayəndəliklər açmağı planlaşdırırıq”.RİM 2017-ci ildə xarici dövlətlərdə bu mərkəzin 45 məntəqəsini də təşkil etmək fikrindədir. Tyupanov qeyd edib ki, RİM Rusiya ixracının inkişafı üçün ciddi potensial mövcud olması artıq yəqin edilmiş, yaxud böyük ticarət dövriyyəsini maliyyələşdirmək və ona xidmət etmək lazım olan ölkələrdə, eləcə də çoxsaylı layihələrin artıq maliyyələşdirilmiş olduğu və yaranan risklərin monitorinqini keçirmək zəruri olan ölkələrdə öz nümayəndəliklərini açır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…