Rusiya Kommunistləri Partiyasının prezident seçkilərində namizədi məlum olub.TASS agentliyinin verdiyi məlumata görə, Rusiya Kommunistləri Partiyasının bu gün keçirilən qurultayının yekunlarına əsasən partiyanın lideri Maksim Suraykin 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində partiyanın namizədi olub.M. Suraykin qurultayda səsvermə başa çatandan dərhal sonra sənədlərini Rusiya Mərkəzi Seçki Komitəsinə təqdim etməyə yollanıb. Parlamentdə təmsil olunmayan partiya kimi Rusiya Kommunistləri Partiyası namizədlərinin qeydiyyata alınması üçün ən azı 100 min imza toplamalıdır.Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək. Bazar ertəsindən rəsmən seçki kampaniyası başlayıb. Partiyaların namizədlərini irəli sürməsi üçün 25 gün, şəxslərin özlərinin namizədliyini irəli sürməsi üçün 20 gün nəzərdə tutulur. İndiyə qədər M. Suraykinlə bərabər Rusiyanın hazırkı prezidenti Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, teleaparıcı Kseniya Sobçak, “Yabloko” partiyasının lideri Qriqoriy Yavlinskiy, İnkişaf Partiyasının sədri Boris Titov, politoloq, Sosial Texnologiyalar Mərkəzinin rəhbəri Andrey Boqdanov, “Qadın Dialoqu” Partiyasının sədri Yelena Semerikova, biznesmen Sergey Polonskiy, müğənni və hüquq müdafiəçisi Yekaterina Qordon seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…