Rusiyada bu ilin sonuna qədər facebook bağlana bilər.Rusiya mətbuatı xəbər verir ki, bunu ölkənin “Roskomnadzor” nəzarətedici orqanının rəhbəri Aleksandr Jarkov bildirib. O qeyd edib ki, milyonlarla istifadəçisi olan sosial şəbəkənin Rusiyanın daxili qanunlarını pozması ilə əlaqədar monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı aşkarlanacaq qanunsuzluqlara görə facebook külli miqdarda cərimələnə bilər.Onun sözlərinə görə, şəbəkədə qlobal problemlər əsassız şəkildə yayılır. “Bu, ciddi məsələdir. Qaydalara riayət edilmədiyi təqdirdə, müqaviləyə birtərəfli son veriləcək. Əgər facebook rəhbərliyi Rusiya qanunlarına məhəl qoymazsa, o zaman bu ilin sonunda ölkə daxilində şəbəkənin fəaliyyəti dayandırılacaq”, – deyə Aleksandr Jarkov vurğulayıb.Xatırladaq ki, bu ilin aprelində Rusiyanın Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasının qarşısını almaq məqsədilə ümumilikdə 50 milyon rubl cərimə tətbiq edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…