Rusiya Olimpiya Komitəsinin üzvlüyü bərpa olunub

1 Mart 2018 10:25

Xəbər 849 dəfə oxunub

Rusiya Olimpiya Komitəsinin (ROK) Beynəlxalq Olimpiya Komitəsində (BOK) üzvlüyü bərpa olunub.“RİA Novosti” saytı xəbər verir ki, bu qərar “Pxençan-2018” Qış Olimpiya Oyunlarında iştirak edən rusiyalı idmançıların dopinq testinin yoxlanılmasından sonra qəbul edilib.ROK-un rəhbəri Aleksandr Jukov açıqlamasında bildirib: “Bu gün biz statusun bərpası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsindən məktub aldıq. Xatırladaq ki, bu, Qış Olimpiya Oyunlarında çıxış edən rusiyalı idmançıların dopinq sınaqlarının nəticələri ilə bağlıdır. Beynəlxalq antidopinq təşkilatı da idmançılarımızda heç bir qayda pozuntusu aşkarlamadığı üçün üzvlüyümüzün bərpası ilə bağlı qərar dərhal qüvvəyə minir”.xeber100.com