Rusiya Premyer Liqasında dördüncü turun oyunları keçirilib

24 Avqust 2020 14:35

Xəbər 1258 dəfə oxunub

Futbol üzrə Rusiya Premyer Liqasında dördüncü turun oyunları keçirilib.Azərtac xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” doğma meydanda “Rostov”a 0:1 hesabı ilə uduzub.Futbolçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.Qeyd edək ki, “Ufa” 4 xalla turnir cədvəlində 16 komanda arasında 9-cudur.xeber100.com