Əgər Ümumdünya Antidopinq Agentliyinin (WADA) tədqiqatı Soçidə keçirilən oyunlarda kütləvi qanun pozuntularına yol verildiyini təsdiqləsə, bütün rusiyalı idmançılar Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Tomas Bax xəbərdarlıq edib.Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Tomas Bax Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində WADA-nın tədqiqatının nəticələrinə görə kollektiv və fərdi məsuliyyət barədə qərar çıxarılacağını bildirib. Hazırda yalnız rusiyalı yüngül atletləri bütün yarışlardan, o cümlədən Rio Olimpiadasından kənarlaşdırmaq barədə qərar verilib. Moskva antidopinq laboratoriyasının keçmiş başçısı Qriqori Rodçenkovun Soçi-2014-də dopinq nümunələrinin kütləvi dəyişdirilməsi barədə bəyanatından sonra bütün Rusiya yığmasının diskvalifikasiya olunması təhlükəsi yaranıb. Rusiyanın İdman Nazirliyi isə öz növbəsində Soçi Olimpiadasında müstəqil müşahidəçilərin daimi nəzarəti altında müxtəlif ölkələrin mütəxəssislərinin işlədiyini və bu səbəbdən dopinqlə bağlı kütləvi manipulyasiyanın qeyri-mümkün olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…