Rusiya paytaxtında Avrasiya ölkələri parlament spikerlərinin I iclası keçirilir.apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda 19 ölkənin parlament sədrləri iştirak edir. Avrasiya ölkələrinin parlament spikerləri Avrasiya məkanında siyasi, iqtisadi və humanitar sahələrdə çoxvektorlu əməkdaşlığın genişləndirilməsi üçün parlamentlərarası dialoqun inkişafı məsələsini müzakirə ediblər. Bundan başqa regionda sülhün və sabitliyin möhkəmlənməsi, ekstremizmə qarşı mübarizə və çoxkonfensiyalı dialoqun inkişafı də müzakirə olunub. İclasda terrorçuluqla mübarizə, geniş antiterror koalisiyasının yaradılması, eləcə də Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesi məsələsi də qaldırılıb. Qeyd edək ki, Avrasiya ölkələri Parlament spikerlərinin birinci iclasında Azərbaycanı Milli Məclisinin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…