Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatında

25 May 2018 14:26

Xəbər 696 dəfə oxunub

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının rəsmi mahnısı ictimaiyyətə təqdim olunub.Azərtac xəbər verir ki, “Live It Up” adlanan mahnını tanınmış aktyor amerikalı Uill Smit, həmyerlisi Niki Cem və albaniyalı müğənni Era İstrefi ifa ediblər. Mahnının klipi artıq “YouTube” sosial şəbəkəsində yayımlanıb. Bu mahnı futbol üzrə XXI dünya çempionatının iyunun 15-də Moskvada “Lujniki” stadionunda keçiriləcək açılış mərasimində ifa olunacaq.Dünya çempionatı oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.xeber100.com