Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.H qrupunda mübarizə Kolumbiya – Yaponiya görüşü ilə başlayacaq. Heyətində ulduz futbolçuları olan Cənubi Amerika təmsilçisi bunun köməyi ilə mundiala qələbə ilə start götürmək niyyətindədir. Lakin indiyə qədər baş tutan matçlar ulduzların varlığının uğur üçün kifayət etmədiyini ortaya qoyub.Qrup mərhələsində ilk tura Polşa – Seneqal qarşılaşması ilə yekun vurulacaq. Bu oyun daha çox Levandovski – Mane mübarizəsi kimi qələmə verilir. Polşalılar bir çoxları tərəfindən qrupun favoriti hesab olunsa da, Seneqal millisinin heyətində kifayət qədər tanınmış sima var.Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidir. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.
Dünya çempionatı
19 iyun
H qrupu
16:00. Kolumbiya – Yaponiya
Saransk, “Mordoviya Arena”
19:00. Polşa – Seneqal
Moskva, “Spartak” stadionu
A qrupu
22:00. Rusiya – Misir
Sankt-Peterburq, Şəhər stadionu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…