Rusiyanı qorxudan statistika

12 Fevral 2016 17:14

Xəbər 865 dəfə oxunub

Rusiyanın “Levada-Sentr” sorğu təşkilatın rusların ən çox nədən qorxması ilə bağlı sorğu keçirib.
Rusiya mətbuatı xəbər verir ki, rəy soruşulan insanların 53%-i Rusiya üçün ən böyük təhlükə kimi əhalinin yoxsullaşmasını göstəriblər. Təhlükələr siyahısında 49%-lə iqtisadi böhran gəlir. Əhalinin 35%-i isə işsizliyi Rusiya üçün bəla sayır. 27% Rusiyanın xaricdə apardığı müharibələri təhlükəli hesab edir. 16% gələcəyin qeyri-müəyyən olmasını, 15% Qərblə münasibətlərin pisləşməsini Rusiyanı təhlükəli vəziyyətə apardığını düşünür.
Rusların 82%-i qəbul edir ki, onların ölkə iqtisadi böhranla üz-üzədir. Bununla yanaşı 21% əhali böhranın uzanacağını düşünür. Rusların 75%i-i qiymətlərin kəskin artımını və həyat səviyyəsinin aşağı düşməsinə böyük ehtimal verir.
Böhranın səbəbini rusların 47%-i neft qiymətlərinin aşağı düşməsi ilə, 33% korrupsiya ilə, 29% Rusiya iqtisadiyyatının özünəməxsusluğu ilə, 27% sanksiyalarla, 26% hərbi xərclərin artırılması ilə əlaqələndirib.
59% əhali qeyd edir ki, mal və xidmətlərin qiymətləri son 1 ildə 15-50% qalxıb. Rəyi soruşulanların 40%-i son il ərzində sosial rifahının pisləşdiyini, 9% olduqca pis vəziyyətə düşdüyünü, 44% bir fərq görmədiyini deyib.
Sorğu dekabr-yanvar aylarında ölkənin 48 regionunda 1600 nəfər arasında keçirilib. Xəbər100

Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq

Fransanın Xarici İşlər Naziri cümə günü bildirib ki, şərait imkan verdikdən sonra Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq. Fransız mediası xəbər verir ki, Fransa XİN-in rəhbəri Jan Noel Baro jurnalistlərə bildirib: “Hörmüz boğazının blokadası dayandırılmalıdır. Boğazda heç bir şantaj, blokada və ya heç bir zərər ola bilməz”. O, boğazlardan keçidin beynəlxalq hüquqla tənzimləndiyini və heç bir halda maneə törədilə bilməyəcəyini vurğulayıb. Baro yanacaq qiymətlərinin güclü şəkildə hiss olunduğunu bildirib. O əlavə edib ki, Fransa böhranın başlanğıcından bəri ev təsərrüfatlarını və müəssisələri artan enerji qiymətlərindən qorumaq üçün tədbirlər görür. Nazir yanacaq qiymətlərinin artmasına ən çox məruz qalan sektorlar, o cümlədən balıqçılıq, kənd təsərrüfatı, nəqliyyat və ağır yol istifadəçiləri üçün şokun bir hissəsini aradan qaldırmağa kömək etmək üçün hədəflənmiş dəstəyin tətbiq olunduğunu deyib. Onun sözlərinə görə, Fransa gələcək böhranlara məruz qalma ehtimalını məhdudlaşdırmaq məqsədilə nəqliyyat və istilik sistemlərində elektrikləşdirmə səyləri vasitəsilə karbohidrogenlərdən asılılığı azaltmaq planına start verib. Baronun sözlərinə görə, missiyanın məqsədi şərait imkan verdikdən sonra müşayiət və minatəmizləmə əməliyyatları vasitəsilə dəniz nəqliyyatının mümkün qədər tez bərpa olunmasına şərait yaratmaqdır. xeber100.com  

May 1, 2026 13:56

“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir

Şərqi Qazaxıstan vilayətinin Katon-Qaraqay rayonunda “Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir. Festivalın ilk gününün tədbirlərindən biri respublika elmi-praktik konfransı olub. Ölkənin hər yerindən gələn şair və yazıçılar, görkəmli ədəbiyyat və elm xadimləri festivalın Qazaxıstanın milli birliyinin möhkəmləndirilməsinə və mənəvi dirçəlişinə verdiyi töhfəni yüksək qiymətləndiriblər. Onların sözlərinə görə, Katon-Qaraqayın mənəvi turizm mərkəzinə çevrilməsi üçün hər cür əsas var. “Altay Türk sivilizasiyasının ürəyi, onun qızıl mədənidir. Türk dünyasının tarixi məhz buradan başlayır, buna görə də Altay bütün türk xalqları üçün əvəzsiz sərvətdir. “Mənəvi turizm” anlayışı artıq gündəlik həyata daxil olub: hara getməyimizdən asılı olmayaraq - Azərbaycana, Türkiyəyə, Özbəkistana - ziyalılar və sadə sakinlər Altayı əcdadlarının mənəvi Vətəni adlandırırlar. Bizim əsas vəzifəmiz bu mənəvi dəyəri bütün Türk dünyasına tanıtmaqdır”, - deyə Məclisin deputatı Yerlan Sairov vurğulayıb. Elmi görüş ideya və fikir mübadiləsi meydanına çevrilib. Şərqi Qazaxıstan Vilayət Dram və Operetta Teatrı yazıçının ömür yolunu bədii obrazlar vasitəsilə nümayiş etdirdiyi “Didaxmet Aşimxanuluya ithaf” kompozisiyasını təqdim edib. “Bu konfrans böyük mənəviyyat məktəbidir. O, bizi şair və yazıçılarımızın əsərlərini yenidən oxumağa vadar etdi. Katon-Qaraqay təkcə təbiəti ilə deyil, həm də mədəni irsi ilə fəxr edir”, - deyə Topqayın kənd Kəlixan İskak adına tam orta məktəbin direktoru Aydın Saylauxanulı qeyd edib. Festivalın ilk gününün yekun tədbiri “Böyük Altay Kəlixanı və Didaxmeti tərənnüm edir” adlı respublika poeziya festivalı olub. Tədbiri “Altay” folklor-etnoqrafik ansamblı, “Bərkıtbel” etnoansamblı, “Ən.Sal.Dar”, “Nazkonur”, “Daraboz” qruplarının kompozisiyaları bəzəyib.xeber100.com  

İyun 14, 2025 21:34

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51