Sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi təşkil olunacaq. Azərtac xəbər verir ki, Olimpiadanın tamaşaçılarına “Bakı Kristal Hall”da təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan yaradılır. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq. Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar təqdim ediləcək. Qeyd edək ki, 1956-cı il avqustun 18-də Moskvanın Qoqol bulvarında əsas Şahmat Mərkəzi açılıb. 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk şahmat muzeyi açılıb. Muzey eksponatlarının bir hissəsini keçmiş SSRİ-nin tanınmış şahmat kolleksioneri peterburqlu Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil edib. Kolleksiya 40 il ərzində yığılıb və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…