Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətənində keçiriləcək parlament seçkiləri ilə bağlı kampaniyaya aktiv şəkildə qoşulmaq niyyətində olduğunu açıqlayıb. Apa-nın məlumatına görə, bu barədə o, “Rustavi-2” telekanalına müsahibəsində deyib. Hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan M. Saakaşvili Vahid Milli Hərəkat Partiyasına rəhbərik etməkdə davam etdiyini söyləyib: “Heç kəs buna şübhə etməsin və heç kəs bunu təhdid kimi qəbul etməsin, mən Gürcüstana qayıtmaq və seçkiqabağı prosesdə aktiv iştirak etmək niyyətindəyəm. Bu işi biz Ukraynada da görürük və mənim üçün hər ikisi eyni mübarizənin qanadlarıdır. Mən mübarizəni həm Gürcüstanda davam etdirəcəyəm, həm də Ukraynada. Heç kəsdə şübhə yoxdur ki, Vahid Milli Hərəkat mənim tərəfimdən yaradılmış partiyadır və bu partiyada mənim öz sözüm var. Oktyabrda keçiriləcək parlament seçkilərində bizim partiya qalib gələcək, çünki bu, qurucu partiyadır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…