“Səbail” futbol klubu növbəti transferini reallaşdırıb

26 İyun 2019 11:59

Xəbər 649 dəfə oxunub

İyunun 25-də paytaxt klubu “Səbail” növbəti transferini reallaşdırıb.Azərtac klubun “facebook” səhifəsinə istinadla xəbər verir ki, “balıqçılar” milli komandanın üzvü Mirabdulla Abbasovu heyətinə qatıb.Mirabdulla Abbasov komandanın Bolqarıstandakı təlim-məşq toplanışına qoşulub. Oyunçu ilə 2019-2020-ci il mövsümünün sonunadək icarə müqaviləsi imzalanıb.xeber100.com