“Səbail” futbol klubu sonuncu yoldaşlıq oyununu keçirib

28 İyul 2017 10:39

Xəbər 720 dəfə oxunub

Bakının “Səbail” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.Azərtac kluba istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Raed” klubu ilə qarşılaşan komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk ediblər.Komandamızın heyətində yeganə qolu Amit Quluzadə vurub.Təlim-məşq toplanışını başa vuran “Səbail” artıq Vətənə dönüb.Qeyd edək ki, Bakı təmsilçisi əvvəlki yoldaşlıq oyunlarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” və Özbəkistanın “Paktaxor” klublarına 1:4 hesabı ilə məğlub olub, Omanın U-23 millisi ilə görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb.xeber100.com