“Səbail” futbol klubu təlim-məşq toplanışı çərçivəsində

9 Yanvar 2018 11:35

Xəbər 1007 dəfə oxunub

Yanvarın 20-də Antalyaya yollanacaq “Səbail” futbol klubu təlim-məşq toplanışı çərçivəsində dörd yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, artıq rəqiblərdən üçü müəyyənləşib. Belə ki, yanvarın 23-də Bakı təmsilçisi Ukraynanın “Çernomorets”, üç gün sonra Serbiyanın “Napredak”, yanvarın 29-da isə Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşacaq.Təlim-məşq toplanışına fevralın 2-də yekun vurulacaq.xeber100.com