“Səbail” futbol klubu transfer çalışmalarını davam etdirir

9 İyun 2017 13:16

Xəbər 1092 dəfə oxunub

“Səbail” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.Azərtac kluba istinadla xəbər verir ki, komanda Yamin Ağakərimzadə və Aqşin Muxtaroğlu ilə birillik, Raul Yaqubzadə ilə isə ikiillik müqavilə imzalayıb.Son olaraq “Zirə”nin formasını geyən 25 yaşlı yarımmüdafiəçi Yamin Ağakərimzadə bundan əvvəl “Rəvan” ilə də Premyer Liqa həyəcanı yaşayıb.İyirmi beş yaşlı yarımmüdafiəçi Aqşin Muxtaroğlunun son klubu “Turan Tovuz” olub. U-17 millimizin şərəfini qorumuş A.Muxtaroğlu “Sumqayıt”ın heyətində də çıxış edib.Ötən mövsüm “Zaqatala”da çıxış edən 23 yaşlı hücumçu Raul Yaqubzadə “Bakı”nın yetirməsidir.xeber100.com