“Səbail” futbol klubu yeni futbolçusu ilə yollarını ayırıb

4 İyul 2018 10:59

Xəbər 717 dəfə oxunub

“Səbail” klubu yeni futbolçusu Orxan Əliyevlə yollarını ayırıb.Azərtac xəbər verir ki, yay transfer pəncərəsində komandaya cəlb olunan Orxan Əliyev məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib.Müayinə nəticəsində futbolçunun diz nahiyəsində zədə olduğu aşkarlanıb və qarşılıqlı razılıq əsasında “Səbail” klubu ilə Orxan Əliyev arasında mövcud müqaviləyə xitam verilib.Qeyd edək ki, Orxan Əliyev “Zirə”dən “Səbail”ə keçib. Futbolçu ilə bağlanmış müqavilənin müvafiq bəndinə əsasən, futbolçunun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir. Ötən müddət ərzində Orxan Əliyevin “Səbail” klubunda tibbi müayinədən keçməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.xeber100.com