“Səbail” futbol klubu yeni müqavilə bağlayıb

16 Fevral 2018 13:34

Xəbər 1492 dəfə oxunub

“Səbail” klubu daha bir legioner futbolçunun xidmətindən yararlanacaq.Azərtac kluba istinadla xəbər verir ki, uqandalı hücumçu Faruku Miya “Səbail”in heyətinə cəlb olunub. Daha əvvəl Belçikanın “Standard” (Liege) komandasında çıxış edən F.Miya mövsümün sonunadək icarə əsasında Bakı təmsilçisində oynayacaq.Futbolçu “transfer pəncərəsi” dövründə Peşəkar Futbol Liqasında müvafiq qaydada qeydiyyatdan keçirilsə də, Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonra keçirilmiş ilk turunda viza məsələsinin həlli ilə əlaqədar adı heyətə daxil olunmamışdı. Artıq bütün sənədləşmə işləri tam həllini tapıb və uqandalı futbolçunu növbəti turlarda “Səbail”in heyətində görmək mümkün olacaq.xeber100.com