“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib

20 Avqust 2020 10:37

Xəbər 1270 dəfə oxunub

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi Elgün Nəbiyevin keçidini həll edib. İyirmi dörd yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunadək müqavilə imzalanıb.Futbolçu son olaraq “Sabah” klubunda çıxış edib.Qeyd edək ki, bu, “Səbail”in yay fasiləsində üçüncü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Məqsəd İsayev və Florian Kadriu ilə müqavilə bağlayıb.xeber100.com