“Səbail” klubu transfer çalışmalarını davam etdirir

10 İyul 2017 12:01

Xəbər 707 dəfə oxunub

“Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.Azərtac kluba istinadla xəbər verir ki, Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək.On doqquz yaşlı mərkəz müdafiəçisi ilə ikiillik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası “Gil Visente”də keçirib.Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.xeber100.com