“Səbail” klubunun sabiq futbolçusunun yeni klubu müəyyənləşib

23 Yanvar 2023 14:52

Xəbər 323 dəfə oxunub

Bakının “Səbail” klubunun sabiq futbolçusu Ali Siseyin yeni klubu müəyyənləşib. Sierra-lioneli müdafiəçi karyerasını “Lee Man”da davam etdirəcək. Bu barədə Honq-Konq klubunun saytı məlumat yayıb.

Qeyd edək ki, A.Sisey 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək “Zirə”də oynayıb. Daha sonra o, “Səbail”ə transfer olunub və 2021-ci ilin iyununda klubdan ayrılıb. İyirmi səkkiz yaşlı futbolçunun son klubu PSİS Semaranq” (İndoneziya) olmuşdu.xeber100.com