Tarixlə, cəmiyyətimizlə bağlı fikirlərim Ağaoğlunun, Rəsulzadənin, Sabirin görüşlərinə tam uyğunluq təşkil edir, sadəcə onların qaragüruhun basqısı altında fikirlərini dolayı yolla söyləmək məcburiyyətində qaldıqlarını əsərləri ilə tanış olarkən dərhal sezmək olur. Bu zaman müzakirələrin açılmasının, əks arqumentlərin səsləndirilməsinin, elmi diskussiyaların aparılmasının ancaq faydası ola bilər. Səfəvilik bizim hansısa milli dəyərlərimizə uyğun deyil. Halbuki, istər Səfəvilər olsun, istər də onlardan əvvəlki Səlcuqlular olsun, bu sülalələrin idarəetmə prinsipi Sasani bürokratik mexanizminə daha çox uyğun gəlirdi. Söhbət bu gündən tarixə baxışımızda milli mirasdan gedir və səfəviliyin bizim bugünkü milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur. Göy türklərdən, Səlcuqlulardan, Qaraqoyunludan, Ağqoyunludan çox şeyləri milli miras olaraq ala bilərik. Əslində, cəmiyyətin axtardığı və çox zaman da tapdığı tarix deyil, bu gün bütün cəmiyyəti birləşdirməyə uyğun gələn mifdir. Azərbaycan türkləri üçün birləşdirici mif məhz Dədə Qorqud mifi və Dədə Qorqud mədəniyyətidir. Bu bizim bütün Türk arealı ilə iç-içə olmağımızın ən vacib elementidir. – Səfəvilik Azərbaycan türklərinin İran mədəniyyətindən qopmasının qarşısını alan əsas silahdır. Özləri üçün Dədə Qorqud mədəniyyətini əsas alanlar türk mədəniyyətini yaşadanlardır. Səfəviliyi referans alanlar millətimizin İrançı düşüncədən azad olunmamasına şüurlu və ya şüursuz şəkildə xidmət edənlərdir. Müstəqilliyə qədərki dövr üçün belə bir mifə bizim üz tutmağımız hardasa anlaşılandır. Bəli, o zaman deyirdik ki, bizim imperiyamız olub, biz dövlət qurma haqqına sahibik, şah babamız, onun ələ keçirdiyi ölkələr, 50 milyonluq xalqın haqqı və s. Müstəqillikdən sonra isə artıq xəyallar arxada qalır. BMT-yə 86 min kvadrat kilometrlik ərazi ilə daxil oluruq, bunun da faktiki bizə qalanı 66 min kvadrat kilometrdir. Bizim mirasımız Məmmədəmin Rəsulzadə və məsləkdaşlarının Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən və ilk fürsətdə müstəqilliyini qazana bilən Azərbaycan dövlətidir. Bütün türk dövlətlərinin tarixi bizim tariximizdir, ancaq o dövlətlər ki, məhz türk dövlətçiliyi məfkurəsinə dayanır. Müstəqillikdən sonra Səfəviliyi milli miras olaraq görmək Azərbaycanı İranın bir parçası olaraq görməyə bərabərdir. Halbuki, mövcud Azərbaycan Respublikasının qurucuları məhz bu dövləti antisəfəvi tezislər üzərində qurmuşlar.- Cümhuriyyət dönəmi ilkin müzakirələrdə dövlətin adı Oğuzustan olaraq nəzərdə tutulmuşdu. Sonradan məhz İran arealından bu millətin qoparılması üçün Azərbaycan adı üzərində duruldu və buna görə İran tərəfinin xeyli təzyiqləri ilə də qarşılaşıldı. Hətta İrançı zehniyyətdən qurtulmamış Pişəvəri belə, bu adın İrana məxsus olduğunu bildirərək, Rəsulzadəyə qəti etirazını bildirirdi.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…