Beyləqan rayonunda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxışlarda ötən il sentyabrın 27-də başlanan və tarixə “44 günlük müharibə” kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.Şəhidlərin xatirəsinə inşa edilən kompleksdə Azərbaycanın gerbi və xəritəsi əks olunub, həm Birinci, həm də İkinci Qarabağ müharibəsindən olan şəhidlərimizin, eləcə də Ermənistan silahlı bölmələri tərəfindən Beyləqan rayonunun atəşə tutulması nəticəsində dünyasını dəyişən dinc sakinlərin rəsmləri vurulub. Kompleksdə şəhidlər haqqında məlumatları əks etdirən monitor quraşdırılıb. Abidədə şəhidlərin adını daşıyan bulaq da istifadəyə verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…