İyunun 1-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.Gündəliyə İnzibati Xətalar Məcəlləsi və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil idi.İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.Xatırladaq ki, hazırda fiziki şəxslər cərimə olunanlar sırasında yoxdur.Dəyişikliklər İnzibati Xətalar Məcəlləsini “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə təklif edilir.Həmin dəyişikliklərə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Eyni zamanda, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağan edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…