Səhiyyə Nazirliyində seminar keçirilib

10 Mart 2017 14:13

Xəbər 1055 dəfə oxunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında regional səhiyyə qurumu idarə heyətinin üzvü və vitse-prezidenti Voren Vaytın iştirakı ilə seminar keçirilib. Regional səhiyyə sistemi və xəstəxanaların idarə edilməsində 35 ildən artıq təcrübəyə malik mütəxəssis iki gün davam edən seminarda səhiyyə sistemi və xəstəxana idarəçiliyi mövzusunda çıxış edib.Mərkəzdən Azərtac-a bildirilib ki, seminarda Səhiyyə Nazirliyinin müvafiq qurumları, Azərbaycan Tibb Universitetinin nümayəndələri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllim heyəti, o cümlədən sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə rezidentura keçənlərlə yanaşı mərkəzin əməkdaşları da iştirak ediblər.Amerikalı mütəxəssis tədbir iştirakçılarına fəaliyyət göstərdiyi tibb müəssisələrində xəstəxanaların keyfiyyətli idarə olunması sahəsində qazandığı təcrübə və regional səhiyyə ilə əlaqədar 15 tendensiya haqqında ətraflı məlumat verib.Seminarda xəstələrin təhlükəsizliyinin təmin olunması, tibbi xidmət zamanı israfçılığın qarşısının alınması haqqında ətraflı bəhs edən mütəxəssis xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması üçün rezidentlərin və tələbələrinin tibb ocaqlarındakı təlim və hazırlıq proqramlarından da danışıb. O, kadrların idarə olunması, xəstəxanaların keyfiyyətli və uzunmüddət fəaliyyət göstərməsi məqsədilə strateji planlaşdırma aparılmasının vacibliyini söyləyib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05