Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası oktyabrın 17-dən başlayaraq icbari tibbi sığortanın tətbiqi ilə bağlı yerli mütəxəssislər üçün üçhəftəlik səyyar kurslar keçirəcək. İnstitutdan Azərtac-a bildirilib ki, kurslara bütün kafedralardan əməkdaşlar cəlb olunacaqlar. Proqrama uyğun olaraq onlar Yevlax rayonunda və Mingəçevir şəhərində mühazirələr oxuyacaq, praktiki məşğələlər aparacaqlar. İmtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə müvafiq sertifikatlar veriləcək. Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri gedir. Artıq tələb olunan bütün qanunvericilik aktları qəbul edilib. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparılan araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib. Pilot layihənin tətbiqində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…