Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu il oktyabrın sonuna qədər müayinədən 207731 nəfər keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, 2015-ci il iyunun 1-dən bu il oktyabrın 30-dək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Ümumilikdə isə müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Oktyabr ayı ərzində müayinədən keçmiş 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunub. Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin aparılması və məsləhətlərin verilməsi pulsuzdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…