Səhiyyə Nazirliyinin məlumatına əsasən…

29 Dekabr 2017 15:05

Xəbər 762 dəfə oxunub

Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında 2017-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda il ərzində səhiyyənin ən müxtəlif sahələrində həyata keçirilən tədbir, yenilik və uğurlar barədə ətraflı müzakirələr aparılıb.Kollegiya iclasında tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkəmizdə aparılan çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də səhiyyənin ayrı-ayrı sahələrində əldə edilən uğurlar, əhalinin sağlamlığının yaxşılaşdırılması sahəsində görülən tədbirlər barədə məruzəsi dinlənilib.Kollegiya iclasında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov çıxış ediblər.Səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunları barədə danışıb, səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının tətbiqi, həmin Proqramların ölkə əhalisinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında oynadığı rolun əhəmiyyətini vurğulayıb.Kollegiya iclasının yekununda səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edilib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05