Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycanda Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə növbəti hesabat ÜST-yə təqdim edilib. Səhiyyə Nazirliyindən Apa-ya verilən xəbərə görə, Azərbaycan tərəfindən təqdim edilmiş hesabat barədə məlumatı Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinin Hesabat və Məlumat İdarəsinin rəhbəri Tibor Szilagyi ÜST-nin Çərçivə Konvensiyasının rəsmi facebook və tvitter səhifələrində bölüşüb. Məlumatda, xüsusilə də Azərbaycanın Reklam haqqında Qanunu ilə tütün və tütün məmulatlarının bütün növlərinin reklamının qadağan edilməsi Azərbaycanın nailiyyətlərindən biri kimi vurğulanıb. Eyni zamanda İSİM tərəfindən 2015-ci il mayın 31-dən etibarən start verdiyi “Hər günün tütünsüz olsun!” adlı davamlı onlayn aksiyasından nümunəvi fotoşəkil təsvir edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…