Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq sentyabrın 16-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, dindarlar, rayon sakinləri fəallıq göstərirlər. Bu barədə Azərtac-a xəstəxananın baş həkiminin müavini Rövşən Əhmədov məlumat verib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiya zamanı günorta saatlarınadək artıq 100-ə yaxın könüllü qan verib. Gün ərzində davam edəcək aksiya zamanı toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək. Davamlı olaraq keçirilən bu xeyirxah aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək etmək, onlara dəstək olmaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…