Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gəlməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.Azərtac xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası may ayı ərzində ikinci dəfə Naxçıvanda humanitar tibbi aksiya keçirib.Həkim-oftalmoloq və anestezioloqlardan ibarət səyyar briqada 150-dən çox müayinə, 10 göz əməliyyatı aparıb, pasiyentlərə tibbi məsləhət və tövsiyələr verilib. Səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib.Xatırladaq ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası mayın 6-8-də də Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirib, 170-dən çox müayinə, 18 göz əməliyyatı aparıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…