Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə növbəti brifinq keçirilib

15 Noyabr 2017 13:52

Xəbər 866 dəfə oxunub

Noyabrın 15-də Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə növbəti brifinq keçirilib. Tədbir 14 noyabr – Dünya Diabet Gününə həsr olunub.Azərtac xəbər verir ki, tədbirdə Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babık Salek hər il dünyada şəkərli diabet xəstələrinin sayında 15 faiz artım müşahidə olunduğunu bildirib.Həkim deyib: “2015-ci ildə dünyada 242 milyona yaxın diabet xəstəsi var idisə, son hesablamalara əsasən 2040-cı ildə bu rəqəmin 625 milyona çatacağı ehtimal olunur. Hazırda Azərbaycanda 242 min diabet xəstəsi qeydiyyatdadır. Bu xəstələrin 1556 uşaqlardır ki, onların 553-ü Bakı sakinidir. Onlar da insulin analoqları ilə təmin olunurlar və 2014-cü ildə 90 uşağa insulin pompası qoyulub. Xəstəliyin yaranma səbəblərinə gəldikdə isə bunlar fastfud, düzgün qidalanmamaq, oturaq həyat tərzi və genetik amillərdir. Genetik amil dedikdə isə buna misal olaraq demək olar ki, şəkər xəstəliyi olan atanın evladında da bu problemə rast gəlmək ehtimalı çox yüksəkdir. Bu xəstəliyi olan hamilələrə gəldikdə isə onların cifti 9 ay nəzarətdə saxlanmalıdır. Bundan əlavə, hamiləlik zamanı şəkər tutan qadınlar da olur. Belə qadınlarda adətən hamiləlikdən sonra şəkərin səviyyəsi stabilləşir. Lakin buna baxmayaraq dünyada hər 7 uşaqdan biri bu cür diabetlə dünyaya gəlir. Xəstəliyin ilkin simptomları həddindən artıq susuzlamaq, tez-tez sidiyə getmək, iştahasızlıq, halsızlıq kimi hallardır. Belə hallarla üzləşdikdə həkimə müraciət etmək mütləqdir. Onu da qeyd edim ki, ölkəmizdə son 9 ayın statistikasına əsasən onu demək olar ki, bu il diabet xəstələrinin sayında 12 faiz artım müşahidə olunur”.Xəstəliyin növləri barədə məlumat verən həkim bildirib ki, I tip şəkərli diabet əsasən 25-30 yaşa qədər gənclərdə, II tip isə daha yaşlı insanlarda meydana çıxır.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05