İyulun 1-dən 3-dək Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından bildiriblər. Məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə sərbəst güləş üzrə yığma komandamızın 23 üzvünün iştirakı planlaşdırılıb. Heyətdə Georgi Edişeraşvili, Ruslan Qasımov, Cəlal Süleymanov, Tofiq Sadıqlı, Pərviz İbrahimov, Qadisa Geriya (hamısı 57 kq), Zəlimxan Vəliyev, Məhəmməd Abdullayev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Coşqun Əzimov, Orxan Abbasov, Teymur Məmmədov, Məhəmməd Müslümov, Ənvərbəy Dalqatov (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Məhəmmədhacı Muxutov, İsmayıl Abdullayev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) yer alıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…