Sərbəst güləş üzrə 14-cü beynəlxalq turnir keçirilib

31 Oktyabr 2017 11:53

Xəbər 802 dəfə oxunub

Dağıstan Respublikasının Buynaksk rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə 14-cü beynəlxalq turnir keçirilib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 2 qızıl medala sahib olublar.Fəxri kürsünün ən yüksək pilləsinə Murtuz Müslümov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qalxıblar.xeber100.com