Sərbəst güləş üzrə “Alans” turniri keçirilib

10 Dekabr 2018 11:44

Xəbər 670 dəfə oxunub

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” turniri keçirilib.Azərtac xəbər verir ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Olimpiya və dünya çempionu Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil ediblər.Aslanbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib. Digər təmsilçilərimizə gəlincə, M.Xatiyev 1/8 finalda mübarizəni dayandırsa da, Ş.Şərifov bürünc medal qazanaraq min ABŞ dolları pul mükafatına sahib çıxıb.xeber100.com