Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, dünya kuboku yarışlarında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisi yarışın keçiriləcəyi ABŞ-a çatıb. Komandamız mötəbər yarışa ev sahibliyi edən Ayova şəhərində ilk məşqinə çıxıb.Baş məşqçi Firdovsi Umudov milli üzvlərinin son hazırlığına rəhbərlik edib, onlara önəmli tapşırıqlarını verib. Aprelin 7-də start götürəcək dünya kubokunda ölkəmizi Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.Yığmamız turnirdə “B” qrupunda Qazaxıstan, Kuba və Monqolustanla mübarizə aparacaq. “A” qrupunda isə ABŞ, Yaponiya, Gürcüstan və Hindistan güləşçiləri yarışacaqlar.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…