Sərbəst güləş üzrə respublika birinciliyi keçirilib

26 Aprel 2018 14:01

Xəbər 746 dəfə oxunub

“Təhsil” Respublika İdman Mərkəzi sərbəst güləş üzrə respublika birinciliyi keçirib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd uşaqlar arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri üzə çıxarıb yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.Qusar Olimpiya İdman Kompleksində təşkil edilən birinciliyə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərindən 40 komanda, 480 idmançı qatılıb.Gərgin mübarizə şəraitində keçən yarışda 9-11 yaşlı güləşçilər arasında birinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM), ikinci yeri “Təhsil” RİM-in Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin, üçüncü yeri “Təhsil” RİM-in 5 nömrəli RİOEUGİM-in komandaları tutub. 12-14 yaşlı idmançılar arasında isə birinci yerə “Təhsil” RİM-in Gəncə şəhər 1 nömrəli UGİM-in, ikinci yerə “Təhsil” RİM-in 5 nömrəli RİOEUGİM-in, üçüncü yerə isə “Təhsil” RİM-in 1 nömrəli RİOEUGİM-in komandaları layiq görülüb.Qaliblər kubok və diplomlarla təltif ediliblər.xeber100.com