Gürcüstanda sərnişin qatarlarının hərəkəti iyunun 15-dən bərpa olunub.Azərtac xəbər verir ki, “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti iyunun 10-dan bilet satışına başlayıb.Sərnişin qatarları Tbilisi-Batumi, Tbilisi-Ozurqeti, Tbilisi-Poti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi marşrutlarında günorta saatlarında hərəkət edəcək. Biletlərin qiyməti dəyişməyib.Sərnişinlər qatara daxil olmazdan əvvəl termovizordan keçəcək və əllərini dezinfeksiya edəcəklər. Bütün vaqonlarda dezinfeksiya maddələri olacaq. Sərnişinlər vaqonlarda yenə yanaşı oturacaqlar. Ancaq artıq sərnişinlərin vaqonlarda maskasız olmasına icazə verilməyəcək. Səfər ərzində maska çıxarılmamalıdır. Sərnişinlərə qatarda qəzet, kitab və jurnal paylanması, qulaqcıq verilməsi qadağan edilib.Biletləri ancaq mobil tətbiqlər vasitəsilə əldə etmək mümkündür.Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda qatarla sərnişin daşınması martın 31-dən qadağan edilib.Gürcüstanda şəhərlərarası avtobus səfərlərinə iyunun 8-dən icazə verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…