Martın 1-də Tbilisidə “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində “Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı” mövzusunda sammit işə başlayıb. Tədbirdə kütləvi futbolun inkişaf perspektivləri müzakirə olunub.Sammitdə Azərbaycanı AFFA-nın birinci vitse-prezidenti R.Əliyev, baş katib E.Məmmədov, marketinq və sponsorluq şöbəsinin müdiri T.Piriyev və “Grassroots” proqramının əlaqələndiricisi C.Həsənzadədən ibarət nümayəndə heyəti təmsil edir. Tədbirdə, həmçinin idman mütəxəssisləri, UEFA-nın nümayəndələri ilə yanaşı, Şərqi Avropa ölkələrinin dövlət və hökumət rəsmiləri də iştirak edirlər.UEFA-nın marketinq üzrə meneceri Noel Muni tədbiri açaraq, dünyada və Avropada idmanın inkişafı, kütləvi futbolun, eləcə də UEFA-nın inkişaf proqramının əhəmiyyəti barədə məlumat verib.Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze çıxışında ölkəsində idmanın inkişafı sahəsində görülən işlərdən danışıb.Sammitdə bildirilib ki, Avropanın ali futbol qurumu üç il əvvəl “UEFA GROW 2020” pilot layihəsinin icrasına başlayıb. Avropanın 55 ölkəsinin qoşulduğu bu layihəyə əsasən, futbolun inkişafı ilə bağlı dörd istiqamət – kütləvi futbolun inkişafı, futbol əlaqələrinin idarə olunması, rəqəmsal idarəetmə, iştirak və kommersiya müəyyən edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…