Son üç ayda Rusiya Çinə ixrac etdiyi neftin həcmini xeyli artıraraq Səudiyyə Ərəbistanını geridə qoyub. Əl-Riyad isə cavabında Asiya ölkələri üçün neftin qiymətini aşağı salacağını bəyan edib. “reuters.com” xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya bazarı uğrunda Rusiya ilə neft müharibəsinə hazırlaşır. İyunun sonuna olan məlumatlara əsasən, bu ilin mayında Rusiya Çinə əsas xam neft istehlakçısı hesab olunan Səudiyyə Ərəbistanını xeyli qabaqlayıb. Mayda Rusiya Çinə sutkada 1,24 milyon barrel, Səudiyyə Ərəbistanı isə 961 min barrel neft ixrac edib. Çin ekspertlərinin fikrincə, Rusiya nefti gələcəkdə Çin şirkətləri üçün cəlbedici olacaq. Çünki neftin nəqli ilə bağlı Rusiya şirkətlərinin irəli sürdüyü təkliflər daha real təsir bağışlayır. Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəsmiləri Asiya və Amerika bazarı üçün neftin qiymətində güzəştlər ediləcəyini bəyan ediblər. “Amerikan Thinker” jurnalının ekspertləri isə hesab edirlər ki, Səudiyyə Ərəbistanının bu qərarı Asiya bazarı uğrunda nəinki Rusiya ilə, hətta onunla eyni keyfiyyətdə və oxşar çeşiddə neft istehsalçısı olan Birləşmiş Ərəb Əmirlikləri ilə rəqabətin də kəskinləşməsinə gətirib çıxara bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…