“İran Həcc ziyarətindən imtina etməyib, xalqımız Həcc ziyarəti arzusundadır”. Apa-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, keçən il baş vermiş hadisə ilə əlaqədar İran Səudiyyə Ərəbistanından zəvvarlarına təhlükəsizlik təminatı istəyib: “Biz 17 təklif vermişdik. Lakin Səudiyyə Ərəbistanı bu təkliflərdən heç birini qəbul etməyib, keçən il baş vermiş faciənin məsuliyyətini üzərinə götürməyib. Zəvvarlarımızın həyatı və təhlükəsizliyi bizim üçün vacibdir, bu üzdən də bu il onların Həcc ziyarətinə göndərilməsinə icazə vermədik. Çalışacağıq ki, bizim kvotamız dəyişməsin və gələn il şərait yaransa, yenidən zəvvarlarımızı Həcc ziyarətinə göndərək”. Səfirin fikrincə, digər müsəlman dövlətləri də ya zəmanət istəməlidir, ya da zəvvarların saylarını azaltmalıdır: “Təhlillər göstərir ki, əgər vəziyyət belə davam etsə, Səudiyyə Ərəbistanı zəvvarların təhlükəsizliyinə zəmanət verməsə, Məkkə və Mədinəyə gedənlərin sayı azalacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…