Səyyar futbol meydançası quraşdırılıb

8 Sentyabr 2016 12:09

Xəbər 1123 dəfə oxunub

Bakı şəhəri, Xətai rayonundakı məhəllələrin birində AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılıb. AFFA-dan Azərtac-a bildiriblər ki, meydança təmənnasız olaraq məhəllə sakinlərinin ixtiyarına verilib. Səyyar meydança 2 həftə ərzində həmin ünvanda olacaq. Qeyd edək ki, səyyar meydança AFFA-nın “Facebook” səhifəsinə daxil olmuş müraciət əsasında quraşdırılıb.xeber100.com