Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən bu ay 7 rayon və şəhərdə (Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, oktyabrın 25-də saat 9.00-dan 13.00-dək Füzulu rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Beyləqan rayon mərkəzi xəstəxanasında, oktyabrın 26-da saat 9.00-dan 13.00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişli rayon şöbəsinin inzibati binasında və saat 14.00-dan 18.00-dək Saatlı rayon şöbəsinin inzibati binasında qeyd olunan şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar. Səyyar formada protez-ortopedik bərpa xidməti oktyabrın 27-də saat 9.00-dan 13.00-dək Sabirabad rayon mərkəzi xəstəxanasında, saat 14.00-dan 18.00-dək Nazirlik yanında DSMF-nin Hacıqabul rayon şöbəsinin inzibati binasında, oktyabrın 28-də saat 9.00-dan 14.00-dək isə Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində davam etdiriləcək. Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyatı aparılmış vətəndaşlarla yanaşı, qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslərə ehtiyac duyduqları protez-ortopedik bərpa xidmətləri göstəriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…