“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

8 Fevral 2021 19:13

Xəbər 601 dəfə oxunub

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtrac xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitro Klotsla anlaşıb.İyirmi dörd yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, “Sabah”da 48 nömrəli formanı geyinəcək.Qeyd edək ki, 2020-ci ildə “Keşlə”də oynayan Dmitro Klots 2014-2020-ci illərdə ölkəsində “Karpatı” (Lvov) komandasının şərəfini qoruyub.xeber100.com